Daha bir ölkə miqrantları qapı arxasında qoydu

Daha bir ölkə miqrantları qapı arxasında qoydu

Makedoniya bəyan edib ki, Yunanıstanla sərhədindən daha miqrant buraxmayacaq. Beləliklə, miqrantların Şimali Avropaya getdiyi əsas yol tamamilə bağlanılıb.

Aktual.az teleqraf.com-a istinadən bildirir ki, Makedoniya hakimiyyəti bu qərarı Sloveniya, Serbiya və Xorvatiya tərəfindən sərhədlərdə nəzarət gücləndirildikdən sonra qəbul edib. Məsələn, Sloveniya öz sərhədindən yalnız həqiqətən çarəsiz qalan, eləcə də sığınacaq almaq xahişi ilə Sloveniya hakimiyyətinə müraciət etmək istəyən miqrantları buraxır. Nəticədə miqrantlar Makedoniyada toplanırlar.

Makedoniya Daxili İşlər Nazirliyinə istinadən Reuter agentliyinin yaydığı məlumata görə, çərşənbə axşamı Yunanıstan-Makedoniya sərhədindən heç bir miqrant keçməyib.

Yunanıstan və Makedoniya sərhədində Mərkəzi və Şimali Avropa ölkələrinə düşə bilməyən təxminən 14 min adam toplaşıb. Onlar sərhədin Yunanıstan tərəfindədir. Qadağa tətbiq edilməzdən Makedoniya çox az sayda, əsasən suriyalı və iraqlı miqrant buraxırdı.

Yunanıstan hakimiyyəti çərşənbə günü miqrantları razı salmağa çalışırdı ki, günü-gündən sanitar vəziyyəti pisləşən sərhəd düşərgəsini tərk etsinlər, Agence France-Presse xəbər verir.

Düşərgəni fevral ayında qurmağa başlayıblar. Miqrantların bir çoxu artıq həftələrdir ki, burada qalırlar.

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR