Daha bir ölkə Hörmüz blokadasından imtina etdi

Daha bir ölkə Hörmüz blokadasından imtina etdi

Avstraliya hökuməti Hörmüz boğazının blokadasında ABŞ-a qoşulmağı düşünmür.
Aktual.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və ticarət nazirinin müavini Mett Tistletueyt deyib.
"Biz inanırıq ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərini aşağı salmağın ən yaxşı variantı diplomatik danışıqlardır”, - deyə nazir bildirib.
Dövlət rəsmisi Avstraliyanın İslamabadda keçirilən danışıqların nəticə verməməsindən məyus olduğunu dilə gətirib.
"Bu danışıqların bərpa olunmasını istərdik. Bu, boğazı birdəfəlik açmağın, beynəlxalq iqtisadiyyatı və benzin tədarükünü bərpa etməyin və avstraliyalılar üçün qiymətləri aşağı salmağın ən yaxşı yoludur”, - o əlavə edib.
Qeyd edək ki, bundan öncə Britaniya Hörmüz boğazının blokadasında iştirak etməyəcəyini açıqlayıb.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR