Şri-Lanka BRİKS-ə qoşulmaq üçün müraciət edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Şri-Lankanın "Morninq” (The Morning) qəzeti məlumat yayıb.
"Şri-Lanka Xarici İşlər Nazirliyi bazar ertəsi ölkənin BRİKS-ə üzvlük üçün rəsmi ərizə təqdim edəcəyini elan edib. Bu ərizə Şri-Lankanın inkişaf etməkdə olan iqtisadiyyatlarla əlaqələri gücləndirmək və beynəlxalq əlaqələri şaxələndirmək niyyətindən xəbər verir", - qəzet qeyd edib.
Ölkə BRİKS ölkələrinin yaratdığı Yeni İnkişaf Bankının layihələrində də iştirak etmək niyyətindədir.
Xəbər 119 dəfə oxunub.