Kosta-Rika Azərbaycanda səfirlik açacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kosta-Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada Kosta- Rikanın 2016-cı ildə Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta-Rikanın bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.