Daha bir körpə doğuş zamanı öldü — Bərdədə

Daha bir körpə doğuş zamanı öldü   — Bərdədə

Bərdədə doğuş zamanı uşaq ölüb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ağdam rayon Paşabəyli kənd sakini, 30 yaşlı Quliyeva Sevinc Əli qızı fevralın 6-da Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olub. Doğuş çətin olduğundan ananın həyatını xilas etmək üçün cərrahiyyə üsulu həyata keçirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

S. Quliyevanın qaynanası Pəri Quliyeva bildirib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub: “USM-də (ultrasəs müayinə) uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq-dan çox olduğunu deyiblər”.

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayətçi olacaqlarını bildiriblər.

Aktual.az

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR