Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha bir idmançısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, həmin şəxs atletikanın çəkicatma növündə yer alan Dmitri Marşindir. 42 yaşlı idmançı bu uğura Belarusun paytaxtı Minskdə keçirilmiş Tələbələrin Respublika Universiadasında nail olub. O, çəkicatmada 28.52 m nəticə ilə Rio Olimpiadasına lisenziya qazanıb. 

Qeyd edək ki, bu, Azərbaycanın Olimpiadaya 2-ci lisenziyası olub. Daha öncə boksçu Albert Səlimov WSB Liqasında 60 kq. çəki dərəcəsində reytinq siyahısını ilk pillədə tamamlayaraq, ilk vəsiqəyə sahib olub.

Aktual.az

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR