Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, final uğrunda mübarizədə güləşçimizin rəqibi Özbəkistan təmsilçisi Rüstəm Assakalov olub.
O.Nuriyev rəqibinə 5:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Aktual.az
Xəbər 487 dəfə oxunub.