Aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hər iki tərəfə aid hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından daxil olan məlumatda bildirilir ki, bu barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.
Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.