Ermənilər daha iki mülki şəxsi yaraladıErmənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.
Bu gün erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.
Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb. Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.