Bakıda qətl hadisəsi baş verib.
Aktual.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.
Hadisə sentyabrın 8-də saat 01:30 radələrində Maştağa qəsəbəsinin Savalan yaşayış massivində qeydə alınıb. 1968-ci il təvəllüdlü Rasim Quliyev 1966-cı il təvəllüdlü Mehman Əliyevə ağır bıçaq xəsarəti yetirməklə onu öldürüb.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rasim Quliyev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.