"PAŞA Bank" ASC-nin İdarə Heyətində yenidən dəyişiklik baş verib.
Xəyalə Nağıyeva bankın idarə heyətinə yeni üzv seçilib.
Aktual.az xəbər verir ki, Bankdan Trend-ə verilən xəbərə görə X.Nağıyevaya, həmçinin bankın baş maliyyə inzibatçısı vəzifəsi də həvalə olunub. Bu təyinata kimi o, Risk və Anderraytinq departamentində çalışıb.
Hazırda bankın idarə heyəti 5 nəfərdən ibarətdir.