Tatarıstanda sərhəd yoxlanışı zamanı saxta pasport təqdim edən Azərbaycan vətəndaşı saxlanılıb.
Aktual.az-ın ans press-ə istinadən verdiyi məlumata görə, hadisə Kazan hava limanında baş verib.
Belə ki, sərhəd xidməti əməkdaşları "Kazan-Bakı" reysi ilə uçan təyyarənin sərnişini olan Azərbaycan vətəndaşından sərhəd nəzarətinin keçirilməsi üçün sənədlərini təqdim etməsini istəyiblər. Azərbaycan vətəndaşı isə gömrük əməkdaşlarına saxta sənəd təqdim edib.
Sərhədçilər isə sənədin saxta olduğunu müəyyənləşdiriblər. Müəyyən edilib ki, sənəddə sahibinin şəxsi məlumatları əks etdirən səhifələri dəyişdirilib.
Sənədləri saxta olan həmyerlimiz təyyarəyə buraxılmayıb.
Məsələ araşdırılır.
Aktual.az