Daha bir avtobusun hərəkətində dəyişiklik edildi

Daha bir avtobusun hərəkətində dəyişiklik edildi

Bakıda 49 saylı marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik olunub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, əvvəllər 49 saylı marşrut avtobusu Atəşgah dairəsindən "Xətai" metro stansiyasına kimi hərəkət edirdisə, sabahdan etibarən bu marşrutun xətti uzadılacaq. Belə ki, sözügedən avtobus Atəşgah dairəsi - Bakıxanov dəmiryol stansiyası - Bakıxanov ticarət mərkəzi - Dakar meydanı - Babək pr. - "Xətai" metro stansiyası - Xətai pr. (Şərq bazarı) - "Cəfər Cabbarlı" metro stansiyası - Azadlıq pr. - S.Rəhimov küçəsi ilə fəaliyyət göstərəcək.

Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR