Daha bir aviaşirkət Xəzərdən imtina etdi

Daha bir aviaşirkət Xəzərdən imtina etdi
  • DÜNYA

Qazaxıstana məxsus "Airastana" milli aviaşirkəti Rusiya Hərbi-Dəniz Qüvvələrinin gəmisindən Xəzər dənizi üzərindən raket zərbələrinin endirilməsi ilə əlaqədar olaraq Almatı-Bakı-Almatı reysinin marşrutunda dəyişiliklər edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, məlumata görə, aviaşirkət həmçinin bildirib ki, yaxın vaxtlarda Almatı-Tiflis və Almatı-İstanbul reyslərinin marşrutları da dəyişdirilə bilər: "Hava gəmiləri Xəzər dənizinin tamamilə kənarından keçərək, reyslərini yerinə yetirəcəklər". Aviaşirkətdə həmçinin bildirilib ki, Almatı-Bakı reysi üzrə uçuşların sürəkliyi trayektoriyanın dəyişməsinə görə çoxalıb. Həmçinin yanacaq xərcləri də artıb, ancaq bu, biletlərinə qiymətinə təsir göstərməyib. "Biz sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını xahiş edirik. Çünki bu yenmə də təhlükəsizlik tədbirlərinin artırılması ilə əlaqdar həyata keçirilir", - aviaşirkətdən bildirilib. Xatırladaq ki, Rusiyanın Xəzər üzərindən Suriya ərazisindəki hədəflərə uzunmənzilli raketlərlə zərbələr endirməsi beynəlxalq aviasiya təşkilatları və aviaşirkətlərin narahatlığına səbəb olub. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (AAT) Xəzər dənizi, İran və İraq üzərindən hava daşımaları üzrə uçuşlar həyata keçirən aviaşirkətlərə xəbərdarlıq edib. - See more at: 

Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR