Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 15-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək.
Bu barədə Aktual.az-a Komitədən məlumat verilib.
Məlumatda qeyd olunur ki, hərraca 73 dövlət əmlakı çıxarılıb, hərrac barədə məlumatlarla komitənin rəsmi saytında və özəlləşdirmə portalında (privatization.az) tanış olmaq mümkündür. Bu dəfəki hərracın rəqabətli şəraitdə keçəcəyi gözlənilir.
Aktual.az
Xəbər 265 dəfə oxunub.