Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 4 erməni hərbçinin meyiti tapılıb.
Aktual.az "armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlər Füzuli ərazisində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 371-ə yüksəlib.
Hazırda axtarış işləri Hadrut istiqamətində davam etdirilir.
Xəbər 289 dəfə oxunub.