Ağır yaralanan daha 13 qazimiz "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Aktual.az xəbər verir ki, Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-nun müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.