Hər min uşaqdan biri böyrəyini itirmək təhlükəsi qarşısındadır – ŞOK STATİSTİKA

Hər min uşaqdan biri böyrəyini itirmək təhlükəsi qarşısındadır       – ŞOK STATİSTİKA

Araz Bayramov: “Əsasən oğlan uşaqlarında bu hal daha çox müşahidə olunur”

“Uşaqlarda anadangəlmə böyrək problemlərinin üzərinə vaxtında düşülməsə, gələcəkdə ciddi fəsadlara, hətta böyrəklərin itirilməsinə gətirib çıxara bilər”.


Bu sözləri TƏBİB.AZ-a açıqlamasında Azərbaycanın tanınmış cərrahı, Fransa təhsilli uzman, uroloq-androloq Araz Bayramov söyləyib.


Onun sözlərinə görə, hər yeni doğulan min uşaqdan birində böyrək ləyəni ilə sidik axarı arasında anadangəlmə darlıq olur. Əsasən də oğlan uşaqlarında bu hal daha çox müşahidə olunur:


“Bu anadangəlmə böyrək problemi vaxtında plastika olunmazsa, böyrəyin büzüşməsinə, son nəticədə böyrəyin itirilməsinə gətirib çıxara bilər. Bu səbəbdən anadangəlmə böyrək ləyəni, sidik axarı darlıqlarını aşkar etdiyimiz zaman pieloplastika yolu ilə aradan qaldırırıq”.

Pieloplastika üsulunun üstünlüklərindən danışan Dr. Araz Bayramov bildirdi ki, bu üsulla müasir urologiyada laporoskopik-pieloplastika zamanı kiçik dəliklərlə böyrək ləyəni ilə sidik axarı arasında darlığı aradan qaldırır:

“Avropanın tanınmış klinikalarında və hal-hazırda Azərbaycanda da bizim tərəfimizdən tətbiq olunan bu üsulla uşaqlarda heç bir ağrı, kəsik olmadan ən qısa zamanda böyrək ləyəni ilə sidik axarı darlığını aradan qaldırırıq. Bu plastik əməliyyatdan iki gün sonra uşaq evə buraxılır”.


Xatırladaq ki, Dr. Araz Bayramov Avropada təhsil alıb və Fransanın məşhur Eduard Heriot adına xəstəxanasında işləyib. ABŞ-ın dünyaca populyar “Amerikan” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman hazırda MTN-nin Hospitalında çalışır.

Ölkəmizdə ilk dəfə olaraq laporoskopik uroloji əməliyyatları, laporoskopik parsial nefrektomiya, ikitərəfli böyrək daşlarının eyni anda müalicəsini, eyni zamanda böyrək ləyəni ilə sidik axarı darlığının pieloplastika yolu ilə müalicəsini həyata keçirib.(TƏBİB.AZ)

Dr. Araz Bayramovla əlaqə: 050-234-55-60

Xəbər 914 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR