125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Demokratik Azərbaycan Dünyası Partiyasının(DADP) sədri Əlisahib Hüseynov seçiciləri ilə görüşəcək. Görüş Masazır qəsəbəsində məcburi köçgünlər üçün salınmış yeni yaşayış massivində yerləşən meydançada 18 oktyabr saat 18:00-da olacaq.
Əlisahib Hüseynov bu görüşdə məcburi köçgünlərin işsizlik probleminin həlli məsələsini qabardacaq. O, deputat seçilərsə, bu məqsədlə ayda bir dəfədən az olmayaraq, seçicilərlə görüşlərin keçiriləcəyini və onlara cari məsələlərin həllində qayğı və köməklik göstərəcəyini bildirir.