125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Demokratik Azərbaycan Dünyası Partiyasının(DADP) sədri Əlisahib Hüseynovun müşahidəçiləri üçün təlim keçirilib.
DADP-nın qərargahında keçirilən təlim zamanı təlimçilər Vaqif Nəcəfov və Məhəmməd Kərimov müşahidəçiləri təlimatlandırıb və onlara seçki günündə nələrə əməl etməli olduqlarını xatırladıb.
Görüşdə çıxış edən partiya sədri Əlisahib Hüseynov da Zəngilan-Qubadlı camaatını yaxşı tanıdığını, təbliğat-təşviqat dövründə onların problemləriylə maraqlanaraq mövqeyini öyrəndiyini söyləyib. O bildirib ki, bu dəfə onlar daha layiqli namizədə səs verəcək. Partiya sədri 1 noyabrda qələbə qazanacağına əminliyini bildirib. O qeyd edib ki, bu işdə məşvərətçilər və müşahidəçilərin də üzərinə böyük məsuliyyət düşür.
Sonda müşahidəçilərin sualları cavablandırılıb.
Müşahidəçilərlə belə təlimlər seçki gününə qədər ardıcıl olaraq keçiriləcək.