DADP-ın mərkəzi qərargahında toplantı keçirildi

DADP-ın mərkəzi qərargahında toplantı keçirildi

Demokratik Azərbaycan Dünyası Partiyası(DADP) mərkəzi qərargahında seçki təbliğat-təşviqat kampaniyasının gedişi ilə bağlı toplantı keçirildi.

Toplantıda təbliğat-təşviqat işinin əsas istiqamətləri bir daha ətraflı müzakirə edildi və kampaniyanın gedişində ortaya çıxan bəzi məqamlara münasibət bildirildi. Partiyanın sədri Əlisahib Hüseynov öz çıxışında seçkiyə hazırlıq proseslərinin normal getdiyini və Dairə Seçki Komissiyasının(DSK) namizədlər üçün tam əlverişli şərait və bərabər imkanlar yaratdığını vurğuladı, eyni zamanda da noyabrın 1-də seçicilərin səsini qazanaraq Milli Məclisə üzv seçiləcəyinə əminliyini bildirdi. Xatırladaq ki, DADP sədri Əlisahib Hüseynov deputatlığa namizədliyini 125 saylı Zəngilan—Qubadlı seçki dairəsindən irəli sürüb. Həmin dairədən DADP sədrinin əsas rəqibi isə hazırki deputat İmamverdi İsmayılov sayılır.

DADP-nin mətbuat xidməti

Aktual.az

Xəbər 806 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR