Üçüncü devalvasiya qapıda - DOLLAR...

Üçüncü devalvasiya qapıda  - DOLLAR...

Bakıda son bir həftədə yaranan dollar böhranı davam edir. Banklar satışı dayandırıb, "qara bazar" isə öz fəaliyyətini davam etdirir.

Aktual.az xəbər verir ki, qaynarinfo.az saytının əməkdaşı bu gün, dollar alış-satışı ilə məşğul olan bir neçə "qara bazar" kimi tanınan ərazilərdə olub. Məlum olub ki, "qara bazar"da 1 dolların alışı 1.80, satışı 1.83 manatdır. Əldə etdiyimiz məlumata görə, ölkənin əksər şəhər və rayonlarında dollar daha baha qiymətə alınıb-satılır.

Xatırladaq ki, sonuncu dəfə cümə günü məzənnəni açıqlayan Mərkəzi Bank dolların kursunu 1.6362 manat səviyyəsində müəyyənləşdirib. Amma həmişəki kimi Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə nə banklar, nə də "qara bazar" əməl edir.

Onu da bildirək ki, sabah ölkədə dolların növbəti dəfə kəskin bahalaşacağı deyilir. Son bir həftədə ölkədə xarici valyuta çatışmazlığının yaşanması, bankların dollar satışını dayandırması bunu deməyə əsas verir. Əksər ekspertlər də 3-cü devalvasiyanın qaçılmaz olduğunu bildirir. Artıq Dövlət Gömrük Komitəsi də ölkəyə məshul idxalını dayandırıb. Bunu isə mümkün qiymət artımı ilə əlaqələndirirlər.

Aktual.az

Xəbər 4793 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR