Rio Yay Olimpiya Oyunlarında bu gün cüdo yarışları başa çatır.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Olimpiya oyunlarının VIII gününüdə daha 2 dəst medal sahibini tapacaq.
Qadın cüdoçuların yarışında təmsil olunmayacağımızdan, kişi idmançıların mübarizəsində Uşanqi Kokauri (+100 kq) Azərbaycan yığmasına növbəti medalı qazandırmağa çalışır. Təmsilçimiz mübarizəyə 1/16 finaldan qoşulub. Uşanqi Kokauri mərhələ adlamaq üçün latviyalı Arturs Nikiforenko ilə üz-üzə gəlib. Döyüş cüdoçumuzun təmiz qələbəsi ilə yekunlaşıb. Kokauri ipponla mərhələ adlayıb.
Yığmamızın ən ağır çəkili cüdoçusu 1/8 finalda Hisoyoşi Harasava (Yaponiya) ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:03-də start götürəcək.