Milli Paralimpiya Komitəsinin kişilərdən ibarət cüdo üzrə milli komandasına yeni təyinatlar baş tutub.
Komitədən Qaynarinfo-ya verilən məlumata görə Azad Zahidov və Emin Beydullayevə təyinat verilib. Hər iki məşqçi millidə İbrahim İbrahimovun köməkçisi vəzifəsində çalışacaq.
Millimizi 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XVII Yay Paralimpiya oyunlarına məhz bu məşqçilər hazırlaşdıracaq.
Xəbər 482 dəfə oxunub.