COVİD-ə yoluxma kəskin artdı: Azərbaycanı nə gözləyir?

COVİD-ə yoluxma kəskin artdı: Azərbaycanı nə gözləyir?

ABŞ-ın 25 ştatında COVID-19 virusunun dünyada yayılmağa başlayan XEC adlı yeni ştamına ən azı bir yoluxma qeydə alınıb. Bəzi ştatlarda ştamın xarakterik mutasiyaları ilə yoluxma 15-ə kimi yüksəlib. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri virusun yanvarın ortalarında pik həddə çatacağını proqnozlaşdırır.
Bu xəbər ictimaiyyətdə narahatlığa səbəb olub. Koronavirusun Azərbaycanda da yenidən yayılması mümkündürmü?
Aktual.az xəbər verir ki, tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov Globalinfo.az-a açıqlamasında qış aylarında Azərbaycanda COVID-19 virusunun yayıla biləcəyini deyib.
R.Mahmudov xəstəlikdən qorunma ilə bağlı məsləhət verib:
"Koronavirus elə bir xəstəlikdir ki, əgər xarici ölkəyə gedib-gələn varsa, mütləq kimsə yoluxacaq. Beləliklə də virus yayılmış olacaq. Bilirsiniz, insanlar özlərini qorumalıdırlar. Virus Ph 5-dən 7-yə qədər olanda orqanizmdə qalır. 7-dən yuxarı olduqda isə məhv olur.
Tövsiyə edirəm ki, hər kəs axşam yatmazdan əvvəl bir diş sarımsaq yesin. Sarımsağın Ph-ı 12.7 təşkil edir. Bunun qarşısını almağın yolu budur, başqa yol yoxdur”.
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR