İki həftə əvvəl əməkdaşları COVID-19-a yoluxduğuna görə müvəqqəti bağlanan Akademik Milli Dram Teatrı fəaliyyətini yenidən bərpa edib.
Bu barədə "Qafqazinfo”ya teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.
Onun sözlərinə görə, teatr fevralın 7-də açılıb: "Koronavirusa yoluxmuş əməkdaşlarımızın karantin müddəti bitib. Normal iş şəraitində davam edirik”.
Zeynallı qeyd edib ki, fevral ayında ilk tamaşa ayın 11-də oynanılacaq.
Xəbər 832 dəfə oxunub.