COP31 Türkiyədə keçiriləcək

COP31 Türkiyədə keçiriləcək
  • DÜNYA

Türkiyə növbəti il iqlim üzrə COP31 sammitinə ev sahibliyi edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese məlumat verib.
Tərəflər kompromis əldə edib. COP31-in sədrliyi Türkiyəyə veriləcək, hazırlıq tədbirləri isə Sakit Okean regionunda təşkil olunacaq, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək”, - Albanese bildirib.
O qeyd edib ki, bu qərar həm Avstraliya, həm də Türkiyə üçün əhəmiyyətli diplomatik uğur sayılır.
"Röyters”in məlumatına görə, COP31-in Antalya şəhərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bir müddət öncə Avstraliya Baş naziri Entoni Albanese COP31 iqlim sammitini Türkiyə ilə birgə keçirməyəcəklərini bildirmişdi.
Xəbər 81 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR