COP29 müddətində 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Aktual.az xəbər verir ki, bu barədə Report-a TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, həmin tibb heyətinin qeydiyyat prosesi yekunlaşmaq üzrədir.
Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda baş tutacaq.
Xəbər 194 dəfə oxunub.