COP29-a görə bağçalar bağlanır? - Nazir açıqladı

COP29-a görə bağçalar bağlanır? - Nazir açıqladı

Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin.
Aktual.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
"Çünki işləyən analar üçün bağça önəmlidir. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə övladlarını özləri ilə götürür. Amma ümumilikdə tədbir müddətində bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur", - nazir əlavə edib.
Xəbər 161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR