Con Terri klub rəhbəri olmağa hazırlaşır

Con Terri klub rəhbəri olmağa hazırlaşır

İngiltərə yığmasının və Londonun "Çelsi" klubunun əfsanəvi sabiq müdafiəçisi Con Terri karyerasında yeni səhifə açmağa - II Liqa təmsilçisi olan "Kolçester Yunayted"i satın almağa hazırlaşır.
Aktual.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq yekun mərhələyə qədəm qoyublar və yaxın vaxtlarda 14 milyon funt sterlinq dəyərində olan müqavilənin rəsmiləşdirilməsi gözlənilir.
Xatırladaq ki, sözügedən klub hələ ötən ilin sentyabrında satışa çıxarılmışdı. Aşağı liqa komandasının hazırkı sahibi və prezidenti Robbi Koulinq rəhbərlik estafetini yeni nəsil funksionerlərə təhvil vermək niyyətində olduğunu açıqlamışdı.
Əlavə edək ki, Con Terrinin hədəfində olan "Kolçester Yunayted" hazırda İngiltərənin II Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR