İngiltərə millisinin sabiq futbolçusu Con Terri vaxtilə kapitanı olduğu "Çelsi” klubunun səhmlərini almaq istəyir.
Aktual.az-ın məlumatına görə, mütəxəssisin nümayəndələri bununla bağlı danışıqlara başlayıblar.
Terri London təmsilçisinin səhmlərinin 10 faizinə sahib çıxmaq arzusunu dilə gətirib. O, bir müddət əvvəl Səudiyyə Ərəbistanının "Əl-Şabab” klubunun baş məşqçisi olmaq təklifini rədd edib.
Qeyd edək ki, Con Terri 1998-2017-ci illərdə "Çelsi”nin formasını geyinib.
Xəbər 223 dəfə oxunub.