Con Kerri Rusiya və İranı təhdid etdi

Con Kerri Rusiya və İranı təhdid etdi
  • DÜNYA

ABŞ-ın dövlət katibi Con Kerri Rusiya və İranı onlara qarşı sərt tədbirlər görüləcəyi ilə təhdid edib.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Con Kerri Vaşinqtonda keçirilən ABŞ-İsrail forumunda çıxış edərkən Əsədə dəstək verən Rusiya və İranı daha sərt sanksiyalarla təhdid edib.

"Əgər Rusiya və İran Əsədi müdafiə etməyə sona qədər davam etsələr ABŞ onlara qarşı ən sərt tədbirlər görəcək. Moskva və Tehranın yürütdüyü siyasət Suriya probleminin həllinə
ciddi əngəl törədir və hakimiyyətin dəyişməsinə mane olur. Bu bizi onlara qarşı daha sərt addımlar atmaq məcburiyyətində qoyur", deyə ABŞ-ın dövlət katibi vurğulayıb.

Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR