ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatının ictimaiyyətə açıqlanması çərçivəsində dövlət katibi Con Kerri jurnalistlərə məlumat verib.
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, çıxışı əsnasında dövlət katibi ABŞ tərəfindən insan hüquqları sahəsində nail olduğu müsbət əməkdaşlıqdan danışarkən Azərbaycana istinad edib.
O, bu mənada ötən ay Azərbaycan Respublikası prezidentinin müvafiq əfv sərəncamı ilə bir qrup məhbusun azadlığa buraxılmasının Dövlət Departamenti tərəfindən alqışlandığını xatırlayıb və bu istiqamətdə işin davam etdiriləcəyinə əminliyini bildirib.