Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 2 742 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası və 3 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, 5 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 26 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 6 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1)), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 40 ədəd tank əleyhinə mina (16 ədəd TM-57 minası və 24 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 1 739 085 kv.m ərazi (463 329 kv.m əl ilə, 491 300 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 671 456 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Xəbər 320 dəfə oxunub.