“Azərbaycan Coca-Cola Bottlers” MMC şirkəti satışı dayandırıb.
Aktual.az-ın AzNews.az-a istinadən məlumatına görə, dolların bahalaşması və manatın məzənnəsinin aşağı düşməsindən sonra şirkət mağazalara mal verilişini dayandırıb. Hazırda şirkət heç bir mağazaya mal vermir. Ümumiyyətlə, şirkət istehsal etdiyi sərinləşdirici qazlı və qazsız içkilərin satışını dayandırıb.
Xatırladaq ki, yanvarın 24-dən etibarən istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətinin artıralacağı ilə bağlı məlumat yaymışdı. Məlumata əsasən şirkət içkilərin qiymətini 10-20 qəpik bahalaşdıracaq.