Aranızda bütün həyatı boyu heç bir cizgi film izləməyən yəqin ki, yoxdur.
O cizgi filmlərin arasında da Pixar şirkətinin çəktiyi “Toy Story”, “Finding Nemo”, “A Bug’s Life”, “Up”, “Brave” və diger animasiyalardan da ən az birini yəqin ki, izləmisiniz. Bəs o animasiyalarda gizlənən A113 şifrəli mesajdan xəbəriniz var?
A113 şifrəsini “Toy Story” cizgi filmində maşın nömrəsi olaraq, “Finding Nemo”da fotoaparat markası olaraq, Oscar qazanmış “Ratatouille” cizgi filmində isə siçanın qulağındakı ştrixkodda görünür.
Pixar şirkətinin verdiyi açıqlamaya görə bu şifrənin cizgi filmlərdə işlənməsi heç bir subliminal məna daşımır. Bu, sadəcə Kaliforniyanin incəsənət universitetində açılan ilk animatorlari və grafik dizanerləri yetişdirən otağın nömrəsidir və sadəcə onlara hörmət məqsədiylə işlədilir.
Xəbər 934 dəfə oxunub.