Cinsi zəiflikfən əziyyət çəkənlərə - VACİB XƏBƏR

Cinsi zəiflikfən əziyyət çəkənlərə  - VACİB XƏBƏR

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Fransa təhsilli uzman-uroloq Araz Bayramovun müsahibəsi

- Araz bəy, dövrün aktual problemlərindən olan sonsuzluq hər il onminlərlə ailəni övladsız qoyur. Əksər hallarda sonsuzluqdan, xüsusən kişi sonsuzluğundan əziyyət çəkən xəstələr saysız-hesabsız müayinələrə cəlb olunur və nəticədə öz taleyi ilə barışır, inamsız vəziyyətə düşürlər. Doğrudanmı kişi sonsuzluğunu aradan qaldırmaq bu qədər çətindir?

- Sizin dediyiniz bəzi məqamlarla razılaşmıram. Unutmaq lazım deyil ki, hər bir insanın həyatında müxtəlif problemlər ola bilər. Problemi depressiyaya düşməklə, psixoloji baxımdan yorulmaqla deyil, üzərinə getməklə həll etmək lazımdır. Tamamilə düz buyurdunuz ki, bu gün kişi sonsuzluğundan əziyyət çəkən xəstələrin sayı sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatlarına nəzər salsaq görərik ki, sonsuzluğu doğuran səbəblər arasında kişi sonsuzluğunun payı olduqca çoxdur. Bu dinamika sürətlə artmaqda davam edir. Demək olar yarıbayarı hallarda sonsuzluq məhz kişilərdə olan problemlər üzündən meydana çıxır. Sonsuzluğun müalicəsi zamanı əsas məsələ xəstələri vaxtında və düzgün müayinə və müalicələrə cəlb etməkdir. Bəzən çox kiçik səbəblər üzündən gənc ailələr illərlə övladsız qalırlar. Sonsuzluqdan əziyyət çəkən hər bir kişi əvvəlcə xaya damarlarını müayinə etdirməlidir. Aşkar olunsa ki, onda xaya damarlarının genişlənməsi, yəni varikosel var, o halda mütləq şəkildə bu problem aradan qaldırılmalıdır. Əgər varikosel yoxdursa, növbəti mərhələdə daha detallı təhlillər aparılmalı, xəstə Avropa protokollarına uyğun olaraq müalicə edilməlidir. Qeyd edim ki, xaya damarlarının genişlənməsi, yəni varikosel hazırda tərəfimizdən heç bir kəsik, ağrı, stress, narkoz olmadan mikroskopik üsulla aradan qaldırılır. Xəstə əməliyyat olunan gün evə buraxılır və bir neçə günə əmək qabiliyyətini bərpa edir. Ən əsası isə cinsi aktivliyi bərpa edərək, övlad dünyaya gətirmək qabiliyyətinə sahib olur.

- Vaxtilə 50 yaşdan yuxarı kişilər prostat adenomasından əziyyət çəkirdisə, artıq 45, hətta 40 yaşlı kişilərdə də prostat böyümələrinə rast gəlinir. “Kişilərin ikinci ürəyi” sayılan prostat xəstəlikləri nədən yaranır və hansı yolla aradan qaldırılır?

- Bir neçə ay öncə qatıldığım Avropa Uroloqlar Cəmiyyətinin illik toplantısında prostat adenomasının müasir üsullarla aradan qaldırılması ilə bağlı ciddi məqamlara toxunuldu. Yekdil rəy bundan ibarət oldu ki, prostat adenoması vaxtında aşkarlanarsa və müalicə olunarsa, heç bir problem yaratmır. Sadəcə qloballaşan dünyamızda insanlar öz sağlamlıqlarına biganə yanaşırlar və bu səbəbdən onlarda müxtəlif xəstəliklər, o cümlədən prostat xəstəlikləri ortaya çıxır. Unutmaq lazım deyil ki, prostat adenoması vaxtında müalicə olunmazsa və ya məsələyə laqeyd yanaşılarsa, ağır fəsadlara, xüsusən böyrəklərin sıradan çıxarılmasına gətirib çıxara bilər. Gecələr sidiyə oyanma, sidik şırnağının zəif olması, sidiyə tez-tez və az-az getmə prostat adenomasının əsas əlamətləridir. Konservativ müalicə nəticə vermədikdə biz heç bir kəsik, ağrı, narkoz olmadan endoskopik üsulla prostat adenomasından əziyyət çəkən xəstələri müalicə edirik. Eyni zamanda prostat xərçəngini radikal yolla əməliyyat edir və xəstəni bədxassəli şişlərdən azad edirik.

- Böyrək daşlarının müalicəsində də böyük uğurlara imza atmısınız. Müasir urologiyada bu problem hansı yollarla həll olunur?

- Böyrək daşlarını doğuran əsas səbəb əhalinin düzgün həyat tərzi sürməməsi ilə bağlıdır. Gün ərzində az fiziki hərəkətlilik, az maye qəbul etmək, maddələr mübadiləsinin pozulması böyrək daşlarının geniş yayılmasına səbəb olur. Ölkəmizdə elə bölgələr var ki, orada əhali böyrək daşlarına qarşı daha həssasdır və bu regionlarda böyrək daşlı xəstələrin sayı daha çoxdur. Misal üçün Gəncəbasar zonası, Bakı, Naxçıvan, Masallı-Lənkəran, Şəki-Zaqatala bu sırada xüsusi qeyd oluna bilər. Apardığımız təhlillərə və statistik göstəricilərə əsaslanaraq deyə bilərəm ki, bu zonalardan uroloq yanına müaricət edən xəstələrin sayı daha çox olur. Bu baxımdan adıçəkilən regionlarda yaşayan sakinlər daha diqqətli olmalıdırlar. İrsi faktorda nəzərdən qaçırılmamalıdır və bundan öncə ailəsində böyrək daşı olan xəstələr xüsusilə ehtiyatlı olmalıdırlar. Qeyd etmək istərdim ki, böyrək daşlarından əsasən oksalat, urat, amorfosfat, sistin daşlarına daha çox rast gəlinir. Bunların içərisində ən möhkəmi oksalat monohidratdır. Onun komputer tomoqrafiya (KT) müayinəsində sıxlığı 1300 HU-dan yüksəkdir. Ancaq mərcanvari daşlar daha təhlükəlidir. Daşın növünü təyin etmək üçün böyrək daşları çıxarıldıqdan sonra analizlə təyin edilir. O ki qaldı iriölçülü böyrək daşlarının müalicə üsullarına, biz heç bir kəsik, ağrı olmadan böyrək daşlarını endoskopik yolla aradan qaldırırıq.

- Cinsiyyət üzvünün əyriliyi kişilərdə hansı problemlər yarada bilər və cinsi zəifliyə gətirib çıxara bilirmi?

- Tibbi terminlə desək, peyroni xəstəliyi (penis əyriliyi) müasir dövrdə geniş yayılmış xəstəliklərdəndir. Əyriliyin dərəcəsinə görə penisin forması cinsi əlaqəni çətinləşdirir, hətta cinsi əlaqəni mümkünsüz edir. Bundan əlavə penisi əyri olan kişilərdə yaranmış bu əyrilik səbəbindən onlarda çox güclü bir psixoloji problem yaranır, çünki penisin (cinsiyyət orqanının) kişi üçün nə qədər qiymətli olduğu məlumdur. Penis əyriliyindən əziyyət çəkən xəstələr unudur ki, onlar uzun müddət bunu özlərinə dərd etməməlidirlər. Bu problem çox asanlıqla həll olunur. Heç bir kəsik, ağrı olmadan penis əyriliyindən əziyyət çəkən xəstələr yarım saatın içində illərdir onları narahat edən bu ağır problemdən plastik əməliyyat yolu ilə xilas olurlar.

DOSYE: Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında çalışıb. ABŞ-ın dünyaca məşhur “Klivlend” və “Amerikan” klinikaları, “Georges Lopez” İnsitutu ilə əməkdaşlıq edən Dr. Araz Bayramov Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.

2010-cu ildə ölkəyə dönən Dr. Araz Bayramov böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laparoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır. Hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirir.
Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib və 2013-cü ildə Serbiyanın Belqrad şəhərində Avropa Uroloqlar Cəmiyyətinin Şərq toplantısında uğurla təqdim edib.

Dr. Araz Bayramovla əlaqə saxlamaq üçün:

(055) 255-55-45

(012) 511-10-99

P.S. Fransa təhsilli uzman-uroloq, Dr. Araz Bayramov əhalinin sosial durumunu nəzərə alaraq, müayinə, müalicə və əməliyyat qiymətlərinə xüsusi endirim edib. Maraqlananlar yuxarıda qeyd olunan telefonlarla əlaqə saxlaya bilərlər.

Xəbər 21969 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR