Türkiyə polisi hər il olduğu kimi ötən gün də İstanbulun Taksim meydanına toplaşan cinsi azlıq nümayəndələrinin paradını dağıdıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hakimiyyət aksiya iştirakçılarına qarşı rezin güllə və su şırnağı tətbiq edib.
Zərərçəkənlər barədə məlumat verilmir.
Polis əməkdaşları aksiya iştirakçılarını mitinq başlayan kimi oranı tərk etməyə çağırıb və qadağanın səbəbini açıqlamayıb.
Aktual.az