ABŞ-da öz orientasiyaları barədə açıq etiraf edən transgenderlərin orduda xidmət etmələrinə qadağa ləğv edildi.
Aktual.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.
İl ərzində belə şəxslərin silahlı qüvvələrdə xidmət və tibbi xidmət standartları hazırlanacaq.
"Bu, bizim xalq və ordu üçün doğrudur", - deyə o bildirib.
Beləliklə, hazırda heç kimə xidmət etməkdə imtina edilməyəcək və heç kim gender mənsubiyyətinə görə xidmətdən tərxis edilə bilməz.