Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən, əvvəllər məhkum olunmuş Ceyhun Mirsəftər oğlu Hadıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb.
Aktual.az-ın Report-a istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Hadıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Cici" ləqəbi ilə tanınan C.Hadıyev 2014-cü ildə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, azyaşlı məktəbli qızların sırğalarını oğurlamaqda təqsirləndirilib. Cinayət əməllərini əsasən Bakının Binəqədi rayonu ərazisində törədən C.Hadıyevin 9 belə əməlinin üstü açılıb.