Aktual.az oxu.az-a istinadən xəbər verir ki, UEFA-nın baş katibi Cianni İnfantino Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) yeni prezidenti seçilib.
Səsvermənin ikinci turunda o, mümkün olan 207 səsdən 115-ini qazanıb.
Seçkilərin İsveçrənin Sürix şəhərində keçirilib.
“Mən bu postu qəbul edirəmvə seçkilərlə razıyam”, - 45 yaşlı İnfantino bəyan edib.
Yeni prezident 4 il müddətinə seçilib.
Qeyd edək ki, konqresdə AFFA-nı prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir.