Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Məclis toplantısı başa çatıb və koalisiya ilə bağlı yekun qərar verilib.
Axar.az-ın məlumatına görə, partiya başqanı Kamal Kılıçdaroğluna koalisiya görüşləri üçün tam səlahiyyət verilib. Partiya Məclisində səs çoxluğu ilə AKP olmadan koalision hökumət formalaşdırmaq təklif olunub. Görüşlər və müzakirələr isə CHP başqanının iştirakı ilə olacaq. MHP və HDP AKP ilə koalisiyaya getməkdən imtina edib. Xatırladaq ki, Türkiyədə 7 iyun parlament seçkisindən sonra siyasi gərginlik hökm sürür.
Aktual.az