Hacıqabul rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 113-cü kilometrliyində qeydə alınıb.
Belə ki, "Chevrolet Niva” markalı avtomobil magistralda sərt döngədə idarəetməni itirərək yoldan çxıb və dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə olan Bakı sakinləri - 40 yaşlı Allahverdi Şahlar oğlu Behbudov, 39 yaşlı Elnur Əlioğlu Bayramov və 20 yaşlı Rahid Məzahim oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 708 dəfə oxunub.