“Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi başa çatıb

“Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi başa çatıb

"Konstitusiya” Araşdırmalar Fondu cəzaçəkmə müəssisələrinin monitorinqi layihəsini uğurla yekunlaşdırıb.
Aktual.az
xəbər verir ki, 452 məhkum maarifləndirilib, 321 məhkuma hüququ yardım göstərilib.
"Konstitusiya” Araşdırmalar Fondu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsini uğurla başa çatdırıb.
Layihənin əsas məqsədi məhkumların hüquqi maarifləndirilməsi, onlara hüquqi yardım göstərilməsi və Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində insan hüquqlarının təminatı vəziyyətinin qiymətləndirilməsi olub.
Layihə çərçivəsində Fondun ekspert və hüquqşünaslardan ibarət komandası Ədliyyə Nazirliyinin 11 penitensiar müəssisəsində monitorinqlər həyata keçirib. Bunlara 4, 5, 6, 10, 11, 12, 14, 15, 16 saylı cəzaçəkmə müəssisələri, Lənkəran penitensiar kompleksi və Umbakı cəzaçəkmə müəssisəsi daxildir.
Layihə çərçivəsində "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə” və "Amnistiya və Əfvetmə” mövzularında 11 maarifləndirici seminar keçirilib. Bu tədbirlərdə ümumilikdə 452 məhkum iştirak edib.
Seminarlar zamanı məhkumlara hüquqi savadlılıq, hüquqi prosedurlar və azadlığa çıxış imkanları barədə ətraflı məlumat verilib.
Maarifləndirmə ilə paralel olaraq, 11 müəssisədə fərdi hüquqi məsləhət xidmətləri də təşkil olunub. 321 məhkum Vəkillər Kollegiyasının üzvü olan vəkil və peşəkar hüquqşünaslardan ödənişsiz hüquqi yardım alıb. Bu xidmətlər məhkumların müraciətləri əsasında fərdi qaydada həyata keçirilib və onların hüquqlarının müdafiəsinə real dəstək verib.
Monitorinqlərin nəticələri Ədliyyə Nazirliyinə, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim ediləcəkdir. Layihənin icrası müddətində Ədliyyə Nazirliyi ilə əməkdaşlıq səmərəli və qarşılıqlı etimada əsaslanan şəkildə qurulub.
Layihə məhkumların hüquqi maarifləndirilməsinin artırılması, reabilitasiya və cəmiyyətə reinteqrasiya proseslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Konstitusiya” Araşdırmalar Fondu gələcəkdə bu istiqamətdə əldə olunan təcrübəni genişləndirərək, cəza siyasətində insan hüquqlarına əsaslanan idarəetmə modelinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub.












Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR