Müğənni Cennifer Lopezin birinci əri Ocani Noa onu şantaj etməyə başlayb.
Bir il evli qaldıqdan sonra 1998-ci ildə ayrılan Ocani pop ulduzu rahat buraxmaq niyyətində deyil. Bu dəfə o, evli olduğu vaxtlarda ev şəraitində çəkilmiş seksual xarakterli videoları yaymaq istəyir.
O, müğənnidən ayrılarkən imzaladığı müqaviləyə əsasən, Cennifer haqqında heç bir bilgini açıqlaya bilməz. Amma bu yaxınlarda Ocaninin iş partnyoru bildirib ki, onlar müqavilədə boşluq tapıblar və bundan istifadə edərək Cey Lonun şəxsi həyatından kadrları üzə çıxaracaqlar:
"Biz DVD disk çıxarmağa hazırlaşırıq. Disk Cennifer Lopezin geyimsiz, seksual xarakterli görüntüləri olan videolardan ibarətdir. Çoxu onların bal ayı vaxtı oteldə çəkilib".
Ocani və partnyoru video üçün ad da fikirləşiblər: "Mən Cennifer Lopezlə necə evləndim: Cey Lo və Ocani Noanın hekayəsi".
Qeyd edək ki, bu keçmiş ərinin Cey Lonu ilk şantaj etməsi deyil. Bundan əvvəl müğənni susmaq üçün ona 3,75 milyon dollar vermişdi.(axsam.az)