Moldova KİV-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ATƏT Nazirlər Şurasının 29-cu iclasında çıxışı rumın və rus dillərində geniş işıqlandırılıb.
Aktual.az-ın xəbərinə görə, Moldovanın RUPOR.MD, PUBLİKA.MD, PRİMELESTİRİ.MD, REALİTATEA.MD, DOSARMEDİA.MD xəbər portallarında C.Bayramovun çıxışının əsas tezisləri əks olunub.
Belə ki, PUBLİKA.MD portalında "Bayramov: Ermənistan fərq qoymadan Azərbaycanın azad olunmuş ərazilərində mina basdırmağa davam edir” başlıqlı xəbərdə Azərbaycanlı nazirin Ermənistanın Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları basdırmağa davam etdiyini, Azərbaycanın suveren ərazilərində 2021-ci il Ermənistan istehsalı olan 2728 mina aşkar olunduğunu, bu minaların yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolu ilə keçirilməsini və bunun sözü gedən yoldan kobud sui-istifadə etməsi barədə dedikləri dərc olunub. Nazirin minar ilə bağlı söylədikləri həmçinin PRİMELESTİRİ.MD və DOSARMEDİA.MD xəbər saytlarında yayımlanıb. RUPOR.MD və REALİTATEA.MD xəbər saytlarında "Azərbaycan XİN başçısı: erməni əsilli vətəndaşlarımızı reinteqrasiya etməyə hazırıq” adlı xəbərdə Azərbaycanın post münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarına bütün Azərbaycan vətəndaşlarının malik olduğu eyni hüquq və azadlıqları təmin etməklə onların öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətli olduğu barədə dedikləri əks olunub.
Xəbərlərlə daha ətraflı aşağıdakı linklərdə tanış olmaq mümkündür: