Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin görüş yeri və vaxtı məlum olub.
Aktual.az xəbər verir ki, xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.
Bu barədə məlumatı mediaya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlayıb.
Xatırladaq ki, Ararat Mirzoyanla Ceyhun Bayramov sonuncu dəfə sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüşüblər.
Xəbər 312 dəfə oxunub.