UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili Azərbaycana səfərə gəlib.
Aktual.az xəbər verir ki, o, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
"Azərbaycanda olmaqdan və Ceyhun Bayramovla görüşməkdən qürur duyuram. UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - Siamaşvili Tvitter səhifəsində yazıb.
Xəbər 291 dəfə oxunub.