Xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə birgünlük səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşü zamanı Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək.
Bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər.
"Bundan başqa, İsrail və Fələstin də daxil olmaqla yaxın bölgələrdə cərəyan edən hadisələr də müzakirə olunacaq", - məlumatda bildirilib.
Xəbər 288 dəfə oxunub.