Sabah Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Aktual.az Rusiya mediasına istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçiriləcək.
Rusiya XİN-i bildirib ki, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılmışdı. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.
Xəbər 321 dəfə oxunub.